Konteynerlərlə yükdaşımalar və logistika məsələləri müzakirə olunub 

Konteynerlərlə yükdaşımalar və logistika məsələləri müzakirə olunub  Aprelin 5-7-də Gücüstanda “Qara və Xəzər dəniz limanları və gəmiçilik -2022” (Black and Caspian sea ports and shipping-2022) adlı beynəlxalq konfrans və sərgi keçirilib.
İnfrastruktur
8 Aprel , 2022 10:25
Konteynerlərlə yükdaşımalar və logistika məsələləri müzakirə olunub 

Aprelin 5-7-də Gücüstanda “Qara və Xəzər dəniz limanları və gəmiçilik -2022” (Black and Caspian sea ports and shipping-2022) adlı beynəlxalq konfrans və sərgi keçirilib.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC-dən bildirilib.

Məlumata görə, tədbirdə Qara və Xəzər dənizi regionunda olan dəhlizlər boyunca yerləşən ölkələrdən 150-dən çox nümayəndə iştirak edib. Logistika və təchizat zəncirində regional və qlobal əlaqəni gücləndirmək məqsədi daşıyan illik beynəlxalq nəqliyyat konfransında “ADY Konteyner”in nümayəndələri də təmsil olunublar.

Şirkətin direktoru Natiq Cəfərov konfransda “Avrasiya dəmir yollarının kəsişməsi: Azərbaycan nəqliyyat qovşağı kimi” mövzusunda çıxış edib. O, ölkəmizin tranzit imkanları, konteynerləşmənin sürətləndirilməsi, konteynerlərlə yükdaşımalar və logistika məsələləri, multimodal daşımalar üzrə əldə olunan nailiyyətlər, ekoloji təmiz nəqliyyat növü kimi dəmiryolunun təşviqi məsələlərinə toxunub.

Konfransda dünya üzrə tanınmış 25 aparıcı nəqliyyat və logistika şirkətinin nümayəndəsi qlobal və regional ticarət, investisiyaları mövzusunda çıxış edib.

Son xəbərlər

Orphus sistemi