Xankəndi yolunda gömrük-sərhəd postlarının yaradılması təklif olunur

Xankəndi yolunda gömrük-sərhəd postlarının yaradılması təklif olunur Azərbaycan Laçın dəhlizində gömrük və sərhəd postlarını yaratmalıdır.
İnfrastruktur
16 Dekabr , 2022 11:39
Xankəndi yolunda gömrük-sərhəd postlarının yaradılması təklif olunur

Azərbaycan Xankəndi yolunda gömrük və sərhəd postlarını yaratmalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.

"Laçın-Xankəndi yolunun açılmasının tələb edən ölkələrə və təşkilatlara bildirməliyik ki, Azərbaycan yol kəsən yox, Ermənistanın xarabazara çevirdiyi ərazilərdə yol tikən, yaradan, öz qələbəsi ilə Cənubi Qafqaza sülh-əminamanlıq gətirən, yeni əməkdaşlıq imkanları açan ölkədir. Laçın-Şuşa yolundakı dinc aksiya Azərbaycan xalqının erməni tərəfin təxribatlarını, talançılığı davam etdirməsinə, sülhməramlıların fəaliyyətinə narazılığın bilavasitə etirazıdır. Sülhməramlılar 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində zərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə, Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi