Latviya şirkəti: Azərbaycanın dəmiryol imkanlarını yüksək qiymətləndiririk

Latviya şirkəti: Azərbaycanın dəmiryol imkanlarını yüksək qiymətləndiririk Latviyanın SİGİS şirkəti Orta Asiya və Cənubi Qafqazda dəmir yolu ilə təqdim etdiyi xidmətə əsaslanaraq Azərbaycanın potensialını yüksək qiymətləndirir.
İnfrastruktur
19 Sentyabr , 2024 17:38
Latviya şirkəti: Azərbaycanın dəmiryol imkanlarını yüksək qiymətləndiririk
Alina Zizina

Latviyanın SİGİS şirkəti Mərkəzi Asiya və Cənubi Qafqazda dəmir yolu ilə təqdim etdiyi xidmətə əsaslanaraq Azərbaycanın potensialını yüksək qiymətləndirir.

Bunu "Report"a açıqlamasında şirkətin beynəlxalq əlaqələr və marketinq departamentinin direktoru Alina Zizina bildirib.

"Biz Avropanın 20 ölkəsində, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazda vaqonların və konteynerlərin izlənməsi xidməti göstəririk. Müştərilərimiz bu xidmət vasitəsilə yüklərin hərəkətini izləyə bilirlər. Bu, onlara logistika prosesini daha da optimallaşdırmağa imkan verir və yük daşınmalarında şəffaflığı artırır. SİGİS Azərbaycanda dəmir yolu ilə yüklərin daşınmasında müştərilərinə geniş imkanlar təqdim edir və regional nəqliyyat sisteminin güclənməsində əhəmiyyətli rol oynayır.” - deyə Zizina vurğulayıb.

Son xəbərlər

Orphus sistemi