İyunun 3-dən Mahaçqala və Bakı arasında aviareyslər təşkil ediləcək.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, uçuşlar “UTAIR” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsi ilə həyata keçiriləcək. Uçuşlar cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçiriləcək.