Mədəniyyət Nazirliyi mədəniyyət müəssisələrinin cari təmiri (1), əsaslı təmiri (2), maşın və avadanlıqların (3), dəftərxana və təsərrüfat mallarının (4), eləcə də səhnə vəsaitlərinin, portretlərin və yanğınsöndürən balonların (5) satın alınması ilə bağlı elan etdiyi 5 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Vest-Ltd" (1-2-ci tenderlər), "Stone Construction" (3-4-cü tenderlər), "Tikinti Təchizat Bərpa" QSC-lərdir (5-ci tender).
Qalib şirkətlərə müvafiq olaraq 2,998 milyon manat, 2,155 milyon manat və 1,364 milyon manat, ümumilikdə isə 6,517 milyon manat ödəniləcək.