Meksikalı iştirakçı: “Azərbaycan Milli Şəhərsalma Forumu qarşılıqlı təcrübə üçün çox əhəmiyyətlidir”

Meksikalı iştirakçı: “Azərbaycan Milli Şəhərsalma Forumu qarşılıqlı təcrübə üçün çox əhəmiyyətlidir” Qarşılıqlı təcrübə əldə etmək Azərbaycanda Milli Şəhərsalma Forumun keçirilməsi əhəmiyyətlidir.
İnfrastruktur
29 Sentyabr , 2023 17:42
Meksikalı iştirakçı: “Azərbaycan Milli Şəhərsalma Forumu qarşılıqlı təcrübə üçün çox əhəmiyyətlidir”

Qarşılıqlı təcrübə əldə etmək Azərbaycanda Milli Şəhərsalma Forumun keçirilməsi əhəmiyyətlidir.

“Report” xəbər verir ki, bunu bu gün Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) iştirakçısı, Meksikanın Şəhərsalma İdarəsinin nümayəndəsi Rohel Alkoser Qomez jurnalistlərə açıqlamasında deyib.

"Dünyada həyata keçirilən şəhərsalma proseslərində aktiv iştirak etmək istəyirik. Azərbaycanda olmaq da bizim üçün öyrənmək, qarşılıqlı münasibətləri inkişaf etdirmək, burada görülən işlər barədə məlumatlanmaq baxımından çox vacibdir", - R.A.Qomez deyib.

Onun sözlərinə görə, Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və memarlıq sektoruna aid qurumlar ilə müəyyən əməkdaşlıq planları var: "Bununla bağlı növbəti görüşün 2024-cü ildə Meksikada təşkil etməyi düşünürük”.

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.

Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Son xəbərlər

Orphus sistemi