"Meliorasiya və Su Təsərrüfatı" 76 milyon manatlıq 4 tenderə yekun vurub

"Meliorasiya və Su Təsərrüfatı" 76 milyon manatlıq 4 tenderə yekun vurub “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (1), Şəmkir Maşın Kanalın
İnfrastruktur
24 Dekabr , 2020 15:52
Meliorasiya və Su Təsərrüfatı 76 milyon manatlıq 4 tenderə yekun vurub

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (1), Şəmkir Maşın Kanalının nasos stansiyasının suvarma qabiliyyətinin artırılması, I növbəsinin təmir-bərpası (2), Qızılarx kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması (3), eləcə də Tərtərçay Sol Sahil və Xanarx kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması (4) ilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Akkord Sənaye Tikinti Korporasiyası” ASC, “Körpü - Bina - Tikinti” MMC, “Kəmalə-A” Firması və səhmdar cəmiyyətinin özünə məxsus "Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutu"dur.

Qaliblərə müvafiq olaraq 27 887,8 min manat, 45 142,5 min manat, 1 890 min manat və 1 350 min manat, ümumilikdə isə 76 270,3 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi