MİDA Lənkəranda 5 binanın tikintisinə 15 milyon manat xərcləyəcək

MİDA Lənkəranda 5 binanın tikintisinə 15 milyon manat xərcləyəcək Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində - 1,5 ha torpaq sahəsində 9 mərtəbəli 5 yaşayış binasının tikintisi ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
İnfrastruktur
14 Mart , 2022 14:02
MİDA Lənkəranda 5 binanın tikintisinə 15 milyon manat xərcləyəcək

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində - 1,5 ha torpaq sahəsində 9 mərtəbəli 5 yaşayış binasının tikintisi ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri “Araz İnşaatçı” və “Merkuri-İnşaat” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 6,548 milyon manat və 8,742 milyon manat, ümumilikdə isə 15,29 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi