“Ötən ilin əvvəlində MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin satışı tam başa çatdırılmış və ümumilikdə 1 633 ailə güzəştli mənzilə sahib olub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən il ərzində fəaliyyətinin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş videokonfrans formatında keçirilən iclasda qurumun İdarə Heyətinin sədri Sadiq Sadıqov deyib.
S.Sadiqovun sözlərinə görə, 2020-ci ilin mart ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin açılışı olub:
“Bu kompleksdə ilk yeddimərtəbəli binanın təməli 2017-ci ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Hövsan Yaşayış Kompleksində mənzillərin sayı 2 962 ədəddir. Kompleksdə 1 920 yerlik tam orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi inşa olunub. 2020-ci ildə Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin 3 satışı həyata keçirilib. Vətəndaşlara təklif olunan mənzillərdən 813-nün rəsmiləşdirilməsi başa çatdırılıb. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib”.