Mikayıl Cabbarov: “Yüksəliş” müsabiqəsinin insan kapitalının inkişafında müstəsna yeri var”

Mikayıl Cabbarov: “Yüksəliş” müsabiqəsinin insan kapitalının inkişafında müstəsna yeri var” ​​​​​​​“Yüksəliş” müsabiqəsində qabiliyyət, yaradıcılıq, həm də innovativ bacarıqların sınaqdan keçirilməsi, insan kapitalının inkişafı üçün və liderlərin formalaşmasında müstəsna yeri var.
İnfrastruktur
19 İyul , 2024 16:17
Mikayıl Cabbarov: “Yüksəliş” müsabiqəsinin insan kapitalının inkişafında müstəsna yeri var”

“Yüksəliş” müsabiqəsində qabiliyyət, yaradıcılıq, həm də innovativ bacarıqların sınaqdan keçirilməsi, insan kapitalının inkişafı üçün və liderlərin formalaşmasında müstəsna yeri var.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, müasir dünyada hər bir dövlətin və cəmiyyətin rolunu müəyyənləşdirən insan kapitaldır: “Cəmiyyətlərin, dövlətlərin rifah səviyyəsi insan kapitalı ilə bağlıdır. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev dönəmində həqiqi dünya miqyaslı liderliyin şahidiyik ".

M. Cabbarov bildirib ki, müsabiqə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə keçirilir: "Müsabiqənin ildən-ilə təkmilləşdirilməsinin yolları, yeni formatların tətbiqi, təcrübələrə əsaslanaraq müzakirələr aparılır".

Son xəbərlər

Orphus sistemi