Mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakların sayı 8 % artıb

Mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakların sayı 8 % artıb Bu ilin fevral ayında Azərbaycanda daşınmaz əmlak üzrə 26 194 mülkiyyət hüququ qeydə alınıb.
İnfrastruktur
11 Mart , 2022 09:39
Mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakların sayı 8 % artıb

Bu ilin fevral ayında Azərbaycanda daşınmaz əmlak üzrə 26 194 mülkiyyət hüququ qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 8,1 % çoxdur.

Aylıq göstəricinin 7 587-si ilkin qeydiyyat, 18 607-si isə təkrar qeydiyyat olub. Ümumilikdə ay ərzində fərdi yaşayış evləri üzrə 3 718, mənzillər üzrə 6 293, torpaq sahələri üzrə 15 302, digər daşınmaz əmlak növləri üzrə isə 881 mülkiyyət hüququ qeydə alınıb.

Ötən ay 20 948 daşınmaz əmlak üzrə texniki pasport tərtib edilib, 283 yüklülük (İcarə, istifadə hüquqlarının qeydiyyatı) , 4 723 ipoteka müqaviləsi qeydiyyata alınıb. Ay ərzində məhdudlaşdırmaya dair dövlət reyestrindən 59 661 arayış (FORMA-1) verilib. Əhaliyə xidmətlə bağlı verilmiş müxtəlif arayışların sayı 11 193 olub.

Son xəbərlər

Orphus sistemi