Müxtəlif ölkələrdə dini abidələrin sökülməsi faktları

Müxtəlif ölkələrdə dini abidələrin sökülməsi faktları Dünyada müəyyən səbəblərdən dini abidələr sökülür
İnfrastruktur
28 Mart , 2021 20:46
Müxtəlif ölkələrdə dini abidələrin sökülməsi faktları

Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərdəki vəziyyət Azərbaycanın tarixi, mədəni və dini irsinin Ermənistanın dövlət səviyyəsində dəstəklənərək qəsdən məhv edilməsini bir daha sübut etdi.

“Report”un məlumatına görə, işğal olunmuş ərazilərdə mədəni təmizləmə aparan ermənilərin bir neçə il öncə Cəbrayılda tikdikləri ibadətgah ətrafında yaratdıqları ajiotaj gülünc doğurur. Ən azından 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var.

Bütövlükdə dünyada müəyyən səbəblərdən dini abidələr sökülür. Siyasi şərhçi Kamal Sultanov son illərdə məscidlərin, sinaqoqların və kilsələrin bu və ya digər səbəbdən sökülməsinin siyahısını təqdim edib. O, qeyd edib ki, 2016-cı ildə Fransada Kale şəhəri yaxınlığında yerləşən miqrant düşərgəsindəki məscid qanunsuz tikili bəyan edilərək dağıdılıb.

Rusiyanın müxtəlif şəhərlərində də məscidlər müxtəlif səbəblərdən sökülüb. İlk hadisə 2011-ci ildə Moskva şəhərində baş verib. Vipolzov döngəsində 1894-cü ildə tikilən məscid səbəb göstərilmədən dağıdılıb.

Belə ki, iki il öncə Kalininqrad vilayətində tikinti icazəsi olmadığı səbəb göstərilərək bölgədəki yeganə müsəlman ibadət evi sökülüb. 2020-ci ildə Stavropol diyarının Nevinnomıssk şəhərində məscid qanunsuz tikili göstərilərək sökülüb. 2019-ci ildə, Yekaterinburq şəhərində Buz Arenasının inşasına maneçilik törətdiyi üçün “Nur-Usman” məscidi bir gecədə sökülüb.

Rusiyanın Novıy-Urenqoy şəhərində bir zamanlar Rusiyanın Asiya bölgəsindəki müsəlmanların ruhani idarəsinin bir hissəsi olan, Yamalın ən köhnə “Nur İslam” məscidi isə 2015-ci ildə dağıdılıb.

Bundan başqa Rusiyanın şimal paytaxtında, Sankt-Peterburq şəhərində “Müqəddəs Nikolay” pravoslav məbədi qanunsuz tikili olduğu üçün söküləcək.

Kamal Sultanovun təqdim etdiyi siyahıya əsasən Avropada da analoji hadisələr baş verib. Belə ki, 2019-cu ildə Polşanın Novı-Tarq şəhərində sinaqoq qeydiyyata alınmadığı üçün sökülüb. Böyük-Britaniyanın Seyl şəhərində yeni tikili ərsəyə gətirmək üçün sinaqoqun dağıdılması planlaşdırılır.

Almaniyanın Köln şəhəri yaxınlığında, kömür mədəninin yanında, XIX əsrə aid Müqəddəs Lambert kilsəsi yıxılıb. Hindistanda isə ötən il, ölkənin baş naziri və digər vəzifəli şəxslərin iştirakı ilə 16-cı əsrə aid olan tarixi abidə, Babri Məscid məscidi dağıdılıb.

Son xəbərlər

Orphus sistemi