Natia Turnava: “Bakı-Tbilisi-Qars üzrə daşınmalar 56,4 % artıb”

Natia Turnava: “Bakı-Tbilisi-Qars üzrə daşınmalar 56,4 % artıb” Bu ilin yanvar-avqust aylarında sınaq rejimində fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində 56,4 % artım qeydə alınıb.
İnfrastruktur
7 Oktyabr , 2021 13:51
Natia Turnava: “Bakı-Tbilisi-Qars üzrə daşınmalar 56,4 % artıb”
Natia Turnava

"Bu ilin yanvar-avqust aylarında sınaq rejimində fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində 56,4 % artım qeydə alınıb".

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.

Nazir bildirib ki, dəmir yolu xətti tam istismara veriləndən sonra ondan daha yaxşı istifadə mümkün olacaq: “İştirakçı ölkələr layihənin yaxın zamanlarda başa çatdırılılması üzrə səylərin fəallaşdırılmasına dair razılıq əldə ediblər. Biz həmçinin prosedurların sadələşdirilməsini də razılaşdırdıq. Bu da öz növbəsində marşrut ilə yük axınlarının artmasına imkan verəcək”.

Qeyd edək ki, ötən gün İstanbulda Gürcüstan, Türkiyə və Azərbaycan arasında BTQ ilə bağlı birgə protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi