Naxçıvan MR-nin su anbarlarında 70,47 milyon kubmetr su ehtiyatı var

Naxçıvan MR-nin su anbarlarında 70,47 milyon kubmetr su ehtiyatı var Naxçıvan Muxtar Respublikasının mövcud su anbarlarında 2023-cü ilin sentyabr ayının sonuna 70,47 milyon kubmetr su ehtiyatı toplanıb.
İnfrastruktur
24 Oktyabr , 2023 03:19
Naxçıvan MR-nin su anbarlarında 70,47 milyon kubmetr su ehtiyatı var

Naxçıvan Muxtar Respublikasının mövcud su anbarlarında 2023-cü ilin sentyabr ayının sonuna 70,47 milyon kubmetr su ehtiyatı toplanıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, su istifadəçilərinə sentyabr ayı ərzində 8,32 milyon kubmetr su verilib, bunun müqabilində 6 min 779 hektar torpaq sahəsi suvarılıb.

2023-cü ilin ötən ayı ərzində isə 14,06 kilometr beton və torpaq kanallar, 17,12 kilometr ara arxlar, 2,9 kilometr kollektor lildən təmizlənib, 1,96 kilometr içməli su, 0,19 kilometr kanalizasiya xətləri çəkilib, 5,95 kilometr mövcud içməli su xətlərində, 0,03 kilometr kanalizasiya xətlərində, 2,16 kilometr suvarma boru xətlərində, 1,59 kilometr təzyiqli boru xətlərində, 0,27 kilometr kaptajlarda, 0,22 kilometr isə açıq drenajlarda təmir-bərpa işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi