Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə Yevlax, Siyəzən, Masallı, Qax, Qəbələ, Ağdaş rayonlarında və Mingəçevir şəhərində mənzillərin satın alınması üçün 7 açıq tender elan edib.
“Report” xəbər verir ki, iddiaçılar ilkin sənədləri avqustun 4-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə avqustun 12-si, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 596-44-09.
Nəticələr avqustun 13-ü, saat 15:00-da Portalda açıqlanacaq.