Nazirlik: "Şərq-Qərb dəhlizi ilə bağlı iş aparılır"

Nazirlik: "Şərq-Qərb dəhlizi ilə bağlı iş aparılır" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam yararlanmaq və onun Azərbaycan üzərindən keçən hissəsinin rəqabət qabiliyyətliliyini artırmaq məqsədilə iş aparır.
İnfrastruktur
27 Yanvar , 2022 11:35
Nazirlik: Şərq-Qərb dəhlizi ilə bağlı iş aparılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam yararlanmaq və onun Azərbaycan üzərindən keçən hissəsinin rəqabət qabiliyyətliliyini artırmaq məqsədilə iş aparır.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib.

"Nəqliyyat infrastrukturunun bərpası layihələri həm də Zəngəzur dəhlizinin qurulması kontekstində bölgənin və bütövlükdə Azərbaycanın tranzit imkanlarının genişlənməsinə şərait yaradacaq. Zəngəzur dəhlizi, Naxçıvanla birbaşa quru əlaqəsi yaratmaqla yanaşı, Şərq-Qərb dəhlizində Çinlə Cənubi Avropa arasında ən qısa quru yol əlaqəsini təmin edəcək. Böyük nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsinin “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”ın formalaşmasına töhfə verəcəyinə inanırıq. Bu məqsədlə, Şərq-Qərb dəhlizinin potensialından tam yararlanmaq və onun Azərbaycan üzərindən keçən hissəsinin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə məqsədyönlü iş aparılır. Belə ki, dəhliz boyunca konkret marşrutların və şəffaf tariflərin müəyyən edilməsinin, onlara nəzarət mexanizmlərinin formalaşdırılması, müntəzəm konteyner qatarlarının hərəkətinin təmin edilməsi və əməliyyatların bütün marşrut boyu idarə edilməsinin (ekspedisiyası) effektiv təmin edilməsi məqsədilə müvafiq qurumlar və nəqliyyat müəssisələri ilə işlər aparılır. Şimal-Cənub dəhlizinə gəldikdə isə bu istiqamətdə İran ilə Astaraçay çayı üzərində avtomobil yolu körpüsünün tikintisi ilə bağlı protokol imzalanıb, Rusiya tərəfi ilə sərhəd-gömrük-keçid məntəqələrinin hər iki tərəfdən imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılıb və “Azərbaycan Dəmir Yolları” QSC-nin Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola salınıb", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi