Nərimanovda sudan uçotsuz və sayğacdankənar istifadə faktı aşkarlanıb

Nərimanovda sudan uçotsuz və sayğacdankənar istifadə faktı aşkarlanıb “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Bakının Nərimanov rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
İnfrastruktur
26 Avqust , 2021 16:35
Nərimanovda sudan uçotsuz və sayğacdankənar istifadə faktı aşkarlanıb

“Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Bakının Nərimanov rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Bu barədə "Report"a “Azərsu” ASC-dən bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, Əhməd Rəcəbli küçəsində avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdə yaxınlıqdan keçən su xəttinə qoşulma edilib və sudan qanunsuz istifadə olunub. Bununla əlaqədar dəymiş ziyan hesablanıb və obyektin su təchizatı dayandırılıb.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq içməli suyu talayan ünvanlardan biri də Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ət kəsimi məntəqəsi olub. Sudan uçotsuz və sayğacdankənar istifadə edən obyektin su təchizatı dərhal dayandırılıb.

Nərimanov rayonu ərazisində yerləşən və 204 saylı marşrut avtobusunun qarajı kimi tanınan ərazidə də sudan qanunsuz istifadə halı aşkarlanıb. Məlum olub ki, yaxınlıqdan keçən su kəmərindən qaraj ərazisinə su xətti çəkilib və sudan uçotsuz istifadə olunub.

Müəyyən olunmuş hər bir fakt üzrə zəruri tədbir görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib. Eyni zamanda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb və içməli sudan qanuni istifadənin yolları sahibkara izah edilib.

Vətəndaşları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin ötən dövründə sudan qanunsuz istifadə ilə bağlı 178 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qeyd edək ki, 2021-ci ilin 7 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 10519, Nərimanov rayonu üzrə isə 130 fakt aşkarlanıb. Belə hallarla bağlı ölkə üzrə 2 mln 877 min kubmetr, Nərimanov rayonu üzrə 31 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Son xəbərlər

Orphus sistemi