Orxan Məmmədov: "Azərbaycan Pakistanla azad edilmiş ərazilərdə əməkdaşlıq edə bilər"

Orxan Məmmədov: "Azərbaycan Pakistanla azad edilmiş ərazilərdə əməkdaşlıq edə bilər" Azərbaycanla Pakistan arasında əməkdaşlıq imkanları azad edilmiş ərazilərdə də mövcuddur.
İnfrastruktur
7 İyun , 2022 20:19
Orxan Məmmədov: Azərbaycan Pakistanla azad edilmiş ərazilərdə əməkdaşlıq edə bilər

Azərbaycanla Pakistan arasında əməkdaşlıq imkanları azad edilmiş ərazilərdə də mövcuddur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ərazilərdə prioritet sektorlar (infrastruktur, turizm, minalardan təmizlənmə, neft-kimya, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, kənd təsərrüfatı, istehsal) müəyyənləşib:

"Qarabağ bölgəsində biznes fəaliyyəti ilə məşğul olmaq istəyən şirkətlərdən KOBİA-ya daxil olan ümumilikdə 1200-ə yaxın müraciət var, bu müraciətlərdən 4-ü Pakistan şirkətindən gəlib. Bu Pakistan şirkətləri tikinti və turizm sahələrinə aiddir. 2021-ci ilin iyununda Pakistanın "NESPAK" şirkəti ilə görüşdük və bu şirkətin Qarabağda gələcəkdə layihələrdə iştirak imkanlarını müzakirə etdik. Ümumilikdə birgə layihələr həyata keçirmək istəyənlər üçün biz müvafiq orqanlarla əlaqələndirmək və müvafiq yerli tərəfdaşları müəyyən etməklə, bütün tələb olunan addımlarda lazımi dəstəyi verə bilərik. Bu sahədə bizim güclü təcrübəmiz var və Azərbaycanda uğurla fəaliyyət göstərən bir neçə xarici investora yardım etmişik".

Son xəbərlər

Orphus sistemi