Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb

Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb Sənədi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC hazırlayıb
İnfrastruktur
7 May , 2021 10:27
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, eləcə də inkişafı üzrə Dövlət Proqramı hazırlayıb.

“Report” xəbər verir ki, bunu qurumun sədr müavini Zakir Quliyev bildirib.

"Proqramın məqsədi Dağlıq Qarabağın ətrafındakı, uzun illər erməni təcavüzünə məruz qalmış ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə melioarsiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası ilə onların iş rejimlərinin bərpası, sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulmasına və inkişafına nail olmaqla idarə edilməsinin səmərəli təşkilindən ibarətdir. Bu il səhmdar cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim edib”, - o deyib.

Son xəbərlər

Orphus sistemi