Rüfət Quliyev: “Hindistandan deyirlər ki, Qarabağda ev tikmək istəyirəm"

Rüfət Quliyev: “Hindistandan deyirlər ki, Qarabağda ev tikmək istəyirəm" “Maliyyə iqtisadiyyatın bel sütunudur. Biz neçə illərdir ki, deyirik ki, banklar kredit faizlərini aşağı salsın".
İnfrastruktur
9 Dekabr , 2020 12:29
Rüfət Quliyev: “Hindistandan deyirlər ki, Qarabağda ev tikmək istəyirəm
Rüfət Quliyev
0 : 00
0 : 00

“Maliyyə iqtisadiyyatın bel sütunudur. Biz neçə illərdir ki, deyirik ki, banklar kredit faizlərini aşağı salsın".

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası üçün kifayət qədər maliyyə vəsaiti lazımdır.

“Bəzən hətta Hindistandan böyük bir şirkətin sahibi zəng vurub deyir ki, mən Qarabağda ev tikmək istəyirəm, sahibkarlıqla məşğul olmaq istəyirəm. Qarabağda quruculuq işlərinə sahibkarlar cəlb olunmalıdır. Əsas yük dövlətin üzərinə düşməməlidir”, - millət vəkili əlavə edib.

Son xəbərlər

Orphus sistemi