Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava nəqliyyatı ilə bağlı səlahiyyətli qurumları iki ölkə arasında çarter reyslərinin bərpasına qarşılıqlı razılıq verib.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
Xatırladaq ki, iki ölkə müntəzəm uçuşları ötən ilin sentyabr ayında bərpa edib. Bir qədər əvvəl Rusiya aviaşirkətlərinin martın 28-dən BƏƏ-yə uçuşları dayandıracağı barədə xəbərlər yayılmışdı. Bu isə təxminən 500 minə qədər aviabiletdən istifadənin mümkün olmaması deməkdir.