Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov və Elista hava limanlarına uçuşların məhdudlaşdırılması rejimininin müddətini dekabrın 3-dək uzadıb.
“Report” “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limandaların istifadə etmək tövsiyə olunur.
Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Məhdudiyyət sayca 45-ci dəfədir uzadılır.