Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi növbəti dəfə uzadılıb

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi növbəti dəfə uzadılıb Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini sentyabrın 22-dək uzadıb.
İnfrastruktur
14 Sentyabr , 2022 11:26
Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi növbəti dəfə uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini sentyabrın 22-dək uzadıb.

“Report” “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi