“S7 Group” loukosterin yaradılması haqqında qərar verib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “S7 Group” şirkətinin səhmdarı, “S7 Airlines” şirkətinin Direktorlar Şurasının rəhbəri Tatyana Filyeva məlumat verib.
O, “S7 Group” loukosterinin 186 oturacaqlı “Airbus 320 neo” təyyarələrindən istifadə edəcəyini bildirib. Uçuşlara 2022-ci ilin iyulunda başlanılacağı gözlənilir.