Sabahdan daha bir marşrut xəttində gediş haqqı "BakıKart" vasitəsilə olacaq

Sabahdan daha bir marşrut xəttində gediş haqqı "BakıKart" vasitəsilə olacaq Bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır
İnfrastruktur
24 Avqust , 2021 16:09
Sabahdan daha bir marşrut xəttində gediş haqqı BakıKart vasitəsilə olacaq

Sabahdan etibarən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb.

Məlumata görə, bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır.

Son xəbərlər

Orphus sistemi