Ş.Mustafayev əlavə edib ki, avqustun 30-da Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin iştirakı ilə iki ölkə arasında dövlət sərhədinin delemetasiyası üzrə komissiyanın 2-ci iclası keçirilib.
"9-10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndi - regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, Azərbaycanın Qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqələsinin yaradılması məqsədilə kommunikasiyaların açılamasını nəzərdə tutur. Göstərilən işlərin icrası məqsədilə üç ölkənin baş nazirlərinin sədrlik etdiyi işçi qrup fəaliyyət göstərir", - o qeyd edib.
"Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdı".
"Report" xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.
"Azərbaycan artıq sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Bölgədəki vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur və bu ilk növbədə Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi çərçivəsində əldə edilə bilər", - o qeyd edib.