Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı

Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı Bununla da Serbiya vətəndaşlarına 2027-ci ilə qədər faiz ödənişləri üçün nəzərdə tutulan 25,9 mln avroya qənaət edib.
İnfrastruktur
12 Yanvar , 2021 14:47
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı

Serbiya Azərbaycana 173 mln avro borcunu vaxtından əvvəl geri qaytarıb.

“Report”un Sebiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ölkənin maliyyə naziri Sinişa Mali bildirib ki, Serbiya Azərbaycana “XI Dəhliz” yolunun bir hissəsinin inşası üçün ayrılan 172,7 mln avro (210 mln ABŞ dolları) məbləğində borcunu vaxtından əvvəl qaytarıb.

Hökumət krediti özünün "Komercijalna Banka"da olan 83,23 % payını Sloveniyanın "Nova Ljubljanska Bank"ına 394,7 mln avroya satışı hesabına əldə etdiyi gəlirdən ödəyib.

S. Mali bildirib ki, bununla da Serbiya vətəndaşlarına 2027-ci ilə qədər faiz ödənişləri üçün nəzərdə tutulan 25,9 mln avroya qənaət etmiş olub.

Xatırladaq ki, ötən ay Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, borcların azaldılması Serbiyanın dövlət borcunun ümumi daxili məhsula nisbətini 0,42 faiz bəndi azalaraq 58,5 %-ə endirəcək.

Qeyd edək ki, Serbiya 2012-ci ildə “XI Dəhliz”inin Prelyina-Ljig hissəsinin inşası üçün Azərbaycan hökumətindən 300 mln avro kredit alıb. Tikinti işləri isə Azərbaycanın “Azvirt” şirkəti tərəfindən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi