Şərq-Qərb Koridorunun şaxələndirilməsində Zəngəzur Dəhlizinin önəmi müzakirə olunub

Şərq-Qərb Koridorunun şaxələndirilməsində Zəngəzur Dəhlizinin önəmi müzakirə olunub Şərq-Qərb Orta Dəhlizinin şaxələndirilməsi baxımından Zəngəzur Dəhlizinin xüsusi önəmi Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən üçtərəfli görüşdə müzakirə edilib.
İnfrastruktur
27 İyun , 2022 11:57
Şərq-Qərb Koridorunun şaxələndirilməsində Zəngəzur Dəhlizinin önəmi müzakirə olunub

Şərq-Qərb Orta Dəhlizinin şaxələndirilməsi baxımından Zəngəzur Dəhlizinin xüsusi önəmi Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən üçtərəfli görüşündə müzakirə edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə faydalı fikir mübadiləsi aparılıb: "Həmkarlarımız Zəngəzur dəhlizinin reallaşmasına tam dəstək ifadə ediblər".

Nazir vurğulayıb ki, Transxəzər Fiber-Optik-Kabel layihəsinin irəli aparılmasının önəmi diqqətə çatdırılıb: "Azərbaycan tərəfi olaraq həmkarlarıma işğaldan azad olunan ərazilər, 44 günlük Vətən müharibəsinin bölgədə yaratdığı yeni reallıqlar, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında həyata keçirilən böyük layihələr, eyni zamanda, nəqliyyat layihələri barədə məlumat verilib".

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi