“Şirvan 2” kran gəmisinin əsaslı təmiri başa çatıb

“Şirvan 2” kran gəmisinin əsaslı təmiri başa çatıb Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Şirvan 2” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.
İnfrastruktur
22 Noyabr , 2021 11:51
“Şirvan 2” kran gəmisinin əsaslı təmiri başa çatıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Şirvan 2” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.

Bu barədə "Report"a ASCO-dan məlumatv verilib.

Məlumata görə, gəminin təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodu və Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasının əməkdaşlarının iştirakı ilə yerinə yetirilib.

Təmir müddətində gəmi mexanizmləri, baş mühərriklər, braşpil və şpil qurğuları, nasoslar, boru sistemləri, sanitar qovşaqlar və elektrik mühərriklərinin cari təmir işləri aparılıb. Bununla belə, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.

“Şirvan 2” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Beləliklə, gəmi yenidən istismara qaytarılıb.

“Şirvan 2” kran gəmisinin uzunluğu 98,55, eni 17 metrdir. Gəmi 2×2400 at gücünə malik baş mühərriklərlə təchiz olunub.

Son xəbərlər

Orphus sistemi