Şöbə müdiri: “Suyun təkrar istehsalında maraqlıyıq”

Şöbə müdiri: “Suyun təkrar istehsalında maraqlıyıq” “Azərbaycanda son illər həyata keçirilən ekoloji layihələr, o cümlədən su ehtiyatlarının idarə edilməsi ilə bağlı tədbirlər ümidvericidir”.
İnfrastruktur
12 Oktyabr , 2021 11:37
Şöbə müdiri: “Suyun təkrar istehsalında maraqlıyıq”
Mütəllim Abdulhəsonov

“Azərbaycanda son illər həyata keçirilən ekoloji layihələr, o cümlədən su ehtiyatlarının idarə edilməsi ilə bağlı tədbirlər ümidvericidir”.

“Report” xəbər verir, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Abdulhəsonov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Biz bu sahədə əməkdaşlığa müsbət yanaşırıq və su ehtiyatları ilə bağlı problemlərin həllində beynəlxalq səviyyədə tanınan şirkətlərlə işləməkdə maraqlıyıq. Azərbaycan su ehtiyatları az olan ölkədir. Son vaxtlar iqlim dəyişikliyi nəticəsində ehtiyatlar azalıb. Quraqlıq davam edir və bu da ehtiyatlarımıza təsir edir. Əlbəttə ki, su ehtiyatlarından səmərəli istifadə üçün çirklənmiş suların yenidən dövriyyəyə qaytarılması bizi maraqlandıran məsələdir. Suyun təkrar istehsalı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Abşeron yarımadasına böyük həcmdə uzaq məsafələrdən su gətirilir. Bu su çirklənir və təmizlənmədən Xəzər dənizinə axıdılır. Həmin həcmlərin təkrar təmizlənməsində və utilizasiya olunmasında maraqlıyıq. Biz həmçinin Abşerondakı göllərin su təchizatında, texniki məqsədlər üçün istifadə edilməsində, həmçinin yaşıllıqların sulanması üçün istifadəsində maraqlıyıq. Bu gün burada şirkətlər öz məhsullarını təqdim edirlər. Onların xidmətləri bizim üçün çox maraqlıdır. Şirkətlərin fəaliyyətini araşdırırıq, onları Azərbaycana dəvət etmək fikrindəyik və hesab edirik ki, əlaqədar qurumlar – “Azərsu”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-lər bu işdə maraqlıdır”, - o deyib.

Son xəbərlər

Orphus sistemi