Su ehtiyatlarının həcmini 80-95 % dəqiqliklə təyin etmək mümkün olacaq

Su ehtiyatlarının həcmini 80-95 % dəqiqliklə təyin etmək mümkün olacaq “Azərkosmos” ASC-də ”Virtual Azerbaijan Group of Companies” MMC-nin təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib
İnfrastruktur
5 Mart , 2021 10:22
Su ehtiyatlarının həcmini 80-95 % dəqiqliklə təyin etmək mümkün olacaq

“Azərkosmos” ASC-də ”Virtual Azerbaijan Group of Companies” MMC-nin təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

Bu barədə “Report”a “Azərkosmos”dan məlumat verilib.

Məlumata görə, Görüşün əsas məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub. Tərəflər ölkəmizin su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat edilməsi barədə müzakirələr aparıblar.

Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir. “Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80 % - 95 % dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində ölkəmizdə su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi