Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq 

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlayır.
İnfrastruktur
29 Noyabr , 2024 14:26
Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlayır.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41 505 292 manat olan müqavilə imzalanıb. İşlərə dekabrın ilk günlərindən başlanılacaq.

İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Son xəbərlər

Orphus sistemi