Ölkə prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov şəhərin ərazi planlaşdırma layihələrini jurnalistlərə təqdim edib.
“Report”un məlumatına görə, A.Kərimov bildirib ki, layihələr Şuşanın yaşayış üçün daha münasib edilməsinə hesablanıb.
“Ərazi planlaşdırmasında nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması nəzərdə tutulub. Şəhərin Baş Planı təsdiqləndikdən sonra müvafiq işlər aparılacaq", - deyə o qeyd edib.