Bu ilin mayında Tacikistan Azərbaycana birbaşa təyyarə reysləri açmağa hazırlaşır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri Dilşod Safarzoda mətbuat konfransında bildirib.
“Hazırda bununla bağlı bəzi məsələlərin razılaşdırılması üçün görüşlər keçirilir”, - o vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanla da hava əlaqələrinin açılması planlaşdırılır: “Bu, apreldə həyata keçirilə bilər”.
D.Safarzoda hansı hava daşıyıcısının fəaliyyət göstərəcəyi, reyslərin vaxtı və biletlərin qiymətinin hələ məlum olmadığını deyib.