Taleh Ziyadov: “Çindən konteyner daşımaların sayının artmasını gözləyirik"

Taleh Ziyadov: “Çindən konteyner daşımaların sayının artmasını gözləyirik" Çinə Bakı Limanından daşınan konteynerlər ümumi dövriyyənin 15 %-ini təşkil edir
İnfrastruktur
13 Mart , 2021 09:51
Taleh Ziyadov: “Çindən konteyner daşımaların sayının artmasını gözləyirik
Taleh Ziyadov

“Bakı Limanında konteynerlər əsasən Orta Asiyaya daşınır. Çinə Bakı Limanından daşınan konteynerlər ümumi dövriyyənin 15 %-ini təşkil edir”.

“Report” xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov xarici KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Çindən Avropaya gedən konteynerlərin böyük hissəsi Qazaxıstan və Rusiyadan keçir: “Lakin qarşıdakı illərdə Çinin marşrutumuzdakı payının artacağını gözləyirik. Buna Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin artan fəaliyyəti və Bakı -Tbilisi-Qars dəmir yolu xəttinin açılması imkan yaradır”.

Xatırladaq ki, 2020-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsi olan Bakı Limanında ümumi yükaşırmanın həcmi 4,8 milyon tondan çox olub. Bu da 2019-ci ilin müvafiq göstəricisindən 20 % çoxdur. Tranzit yüklərin payı ümumi yükaşırmanın 87 %-ni təşkil edib. 2020-ci ildə Bakı Limanı əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmadan 30,7 milyon manat gəlir əldə edib. Bu, 2019-cu illə müqayisədə 37 % çoxdur.

Son xəbərlər

Orphus sistemi