Taleh Ziyadov: “Yeni geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini artırır”

Taleh Ziyadov: “Yeni geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini artırır” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üzərindən yükdaşımalara mümkün təsirinə münasibət bildirib.
İnfrastruktur
10 Mart , 2022 12:25
Taleh Ziyadov: “Yeni geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini artırır”

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üzərindən yükdaşımalara mümkün təsirinə münasibət bildirib.

“Report”un məlumatına görə, o deyib ki, geosiyasi vəziyyətin dəyişməsi Azərbaycan üzərindən keçən Orta Dəhlizin əhəmiyyətini artırır: “Burada 3 əsas amilə fikir vermək lazımdır. Birincisi, Orta Dəhlizin qısa və orta müddətdə əhəmiyyəti artacaq. Dəhliz Çinin Qara dəniz, Türkiyə, Aralıq dənizi və Avropa ilə birləşməsi üçün vacib rol oynayır.

İkincisi, bu hadisələr Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün növbəti mərhələdir. Daha öncə Qara dənizdə işini yekunlaşdıran konteynerlərin bir addım da irəli gələrək Ələtə çatdırılması və Ələtin paylayıcı mərkəz funksiyasını yerinə yetirməsinin zamanı çatıb. Yəni, 130 milyon insanın yaşadığı bu regionun paylayıcı mərkəz funksiyalarının Ələtdən həyata keçirilməsi fürsəti yaranıb.

Üçüncüsü, son hadisələr Zəngəzur dəhlizinin də əhəmiyyətini üzə çıxarır. Bu dəhliz nəinki Şimal-Cənub istiqamətində olan yükdaşımaları həyata keçirəcək, eyni zamanda Mərkəzi Asiyaya, Çindən Aralıq dənizə çıxışı təmin edəcək. Bu üç amil Azərbaycanı Avropa ilə Asiya arasında təminat zəncirində əhəmiyyətli oyunçulardan biri edəcək".

Son xəbərlər

Orphus sistemi