Terminal rəisi: “Naxçıvan Karqo Terminalı”na mallar əsasən Türkiyədən gətirilir"

Terminal rəisi: “Naxçıvan Karqo Terminalı”na mallar əsasən Türkiyədən gətirilir" Hazırda gündəlik olaraq Naxçıvan Baş Gömrük İdarəsinin "Naxçıvan Karqo Terminalı" gömrük postuna 1,8 ton məhsul daxil olur.
İnfrastruktur
5 İyul , 2024 13:42
Terminal rəisi: “Naxçıvan Karqo Terminalı”na mallar əsasən Türkiyədən gətirilir

Hazırda Naxçıvan Baş Gömrük İdarəsinin "Naxçıvan Karqo Terminalı" gömrük postuna gündəlik 1,8 ton məhsul daxil olur.

Bunu “Report”a açıqlamasında “Naxçıvan Karqo Terminalı”nın rəisi Elvin Seyidov bildirib.

Onun sözlərinə görə, bu, ümumilikdə, aylıq 50 tona yaxın məhsul deməkdir: “Terminala daxil olan məhsulların həcmi aylıq 50 tonu keçmir. Bu məhsullar da əsasən Türkiyədən gətirilir”.

Terminal rəisi qeyd edib ki, “Trendyol” vasitəsilə Naxçıvan Muxtar Respublikasının gətirilən mallar daha çox üstünlük təşkil edir və əvvəlki dövrlə müqayisədə bu cür bağlamaların sayı azalıb.

Son xəbərlər

Orphus sistemi