Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 29 mln 865,6 min ton, yük dövriyyәsi isә 6 mlrd 973,3 mln ton/km olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 mln 897,3 min ton və yaxud 22,9 % azdır.
Son 1 ildə yük dövriyyəsi isə 1 mlrd 282,5 mln ton/km və yaxud 15,5 % azalıb.
Hesabat dövründə yüklərin 16 mln 621,7 min tonu və yaxud 55,7 %-i avtomobil nəqliyyatı, 9 mln 532,7 min tonu və ya 31,9 %-i dəmir yolu nəqliyyatı, 3 mln 711,2 min tonu və yaxud 12,4 %-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20,4 %-ni və yaxud 6 mln 095,3 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 115,6 min ton və yaxud 1,93 % çoxdur.