TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 9 %-dək artıb

TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 9 %-dək artıb Yüklərin 55,4 %-i avtomobil nəqliyyatı, 32,9 %-i dəmir yolu nəqliyyatı, 11,7 %-i dəniz nəqliyyatı ilə daşınıb
İnfrastruktur
20 May , 2021 11:23
TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 9 %-dək artıb

2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 10 mln 176,2 min ton, yük dövriyyәsi isә 2 mlrd 405,2 mln ton/km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin eyni ayları ilə müqayisədə 2 mln 349,8 min ton və yaxud 18,8 % azdır.

Son 1 ildə yük dövriyyəsi isə 230,3 mln ton/km və yaxud 8,7 % azalıb.

Hesabat dövründə yüklərin 5 mln 636 min tonu və yaxud 55,4 %-i avtomobil nəqliyyatı, 3 mln 349,4 min tonu və ya 32,9 %-i dəmir yolu nəqliyyatı, 1 mln 190,8 min tonu və yaxud 11,7 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 %-ni və yaxud 2 mln 393,9 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 191,7 min ton və yaxud 8,7 % çoxdur.

Son xəbərlər

Orphus sistemi