"Qarabağın Ermənistanın işğalından azad edilməsinə necə dəstək olduqsa, Qarabağın bərpasına da elə dəstək olacağıq".
“Report” xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
"İki ölkə arasında iqtisadi münasibətlərin də qardaşlıq münasibətləri səviyyəsinə çatması üçün əlimizdən gələni edəcəyik. Türkiyənin Şəhərsalma Nazirliyi işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" modelinin qurulmasına, Energetika Nazirliyimiz isə yaşıl enerjinin tətbiqinə dəstək verəcək", - o qeyd edib.