Türkiyədən Çinə ixrac yükü daşıyan ilk konteyner qatarı Bakı Limanına çatıb

Türkiyədən Çinə ixrac yükü daşıyan ilk konteyner qatarı Bakı Limanına çatıb Türkiyə istehsalı olan məhsullarla yüklənmiş, bu ölkənin İstanbul şəhərindən Çinin Sian şəhərinə hərəkət edən ilk konteyner qatarı bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
İnfrastruktur
10 Dekabr , 2020 14:19
Türkiyədən Çinə ixrac yükü daşıyan ilk konteyner qatarı Bakı Limanına çatıb

Türkiyə istehsalı olan məhsullarla yüklənmiş, bu ölkənin İstanbul şəhərindən Çinin Sian şəhərinə hərəkət edən ilk konteyner qatarı bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

"Report" xəbər verir ki, ümumilikdə 8 693 kilometr yol qət edəcək qatar artıq Azərbaycan paytaxtından Qazaxıstanın Aktau limanına istiqamətlənib.

Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan konteyner qatarı Türkiyə daxilində İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars dəmir yolu xətti ilə hərəkət edərək, Gürcüstanın Axalkalaki stansiyasında ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulub, daha sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edib.

Qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – "Pasifik Eurasia Logistics" (Türkiyə), "GR Logistics" (Gürcüstan), "ADY Konteyner" (Azərbaycan) və "KTZ Express" (Qazaxıstan) şirkətləridir.

Yük karvanı Bakı Limanından Aktau limanına operatoru “ADY Konteyner” MMC olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılacaq. Qatar təyinat məntəqəsi olan Siana ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatacaq. Bu qatarlar 2021-ci ildən başlayaraq, ayda iki dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcəklər.

Layihəni “Azərbaycan Dəmir Yolları” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində uğurlu əməkdaşlığının nəticəsi hesab etmək olar. Bu il "Transxəzər"lə dəniz üzərindən fider gəmiləri ilə ümumilikdə 11 680 TEU konteyner daşınıb.

Son xəbərlər

Orphus sistemi