“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner blok qatarı Bakıya çatıb

“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner blok qatarı Bakıya çatıb Qatarın səfər müddəti 6 gündür
İnfrastruktur
14 Aprel , 2021 14:57
“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner blok qatarı Bakıya çatıb

Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Bakıya çatıb.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib.

Məlumata görə, test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdər. Qatarla Türkiyədən Azərbaycana 588 ton yük gətirilib.

“ADY Konteyner”in Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsul TURKUAZ ekspres konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul (Asiya hissəsindən) və Mersin ətrafından Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək. Qatarın səfər müddəti 6 gündür.

Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac –idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi– Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabətqabiliyyətinin güclənməsinə təkan verəcək.

Bakı-Tbilisi – Qars (BTQ) dəmir yolu ilə bu günə kimi 26 689 TEU konteyner daşınıb. Ötən il BTQ ilə daşınan konteynerlərin sayı 11 748 TEU olub. 2021- ci ilin I –ci rübündə 2020- ci ilin müvafiq dövrü ilə müqayisədə 83 % artım olub.

TURKUAZ expres blok qatarı ilə həmçinin, Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərə tutulur.

Xüsusilə pandemiya dövründə, ölkələr arasında nəqliyyat əlaqələrinin məhdudlaşdığı bir şəraitdə dəmir yolu ilə daşımalar bir an da olsun dayanmadı və dəmir yolu öz effektivliyini bir daha göstərdi.

TURKUAZ exspres blok qatarı ilə gətirilən konteynerlər Abşeron Logistika Mərkəzinə çatdırıldıqdan sonra burada yaradılmış müasir A+ kateqoriyalı anbarlara boşaldılacaq. Yüklər çeşidləndikdən sonra yük sahiblərinin ünvanlarına çatdırılacaq.

BTQ ilə bu günə kimi 26 689 TEU konteyner daşınıb. Ötən il BTQ ilə daşınan konteynerlərin sayı 11 748 TEU olub. 2021- ci ilin I –ci rübündə 2020- ci ilin müvafiq dövrü ilə müqayisədə 83 % artım olub.

Son xəbərlər

Orphus sistemi