TURKUAZ layihəsi çərçivəsində ilk qatar yola düşüb

TURKUAZ layihəsi çərçivəsində ilk qatar yola düşüb Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner" MMC məlumat yayıb
İnfrastruktur
5 Aprel , 2021 10:45
TURKUAZ layihəsi çərçivəsində ilk qatar yola düşüb

TURKUAZ layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Türkiyədən yola düşüb.

Bu barədə "Report"a" Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner" MMC-dən bildirilib.

Məlumata görə, qatar hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir. Paysan stansiyasından yola çıxan qatarın yükü isə bitki mənşəli heyvan yemidir.

TURKUAZ "ADY Konteyner" MMC-nin Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsuldur. Ekspres konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul və Mersin şəhərlərindən Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.

Layihə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcminin artmasına da xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi