Dünyanın və ABŞ-ın ən böyük onlayn taksi xidməti UBER-də 2040-cı ilə qədər bütün avtomobillər elektrikli olacaq.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə yaxın 5 ildə taksi sürücülərinə 800 milyon ABŞ dolları məbləğində maddi dəstək veriləcək.
Xatırladaq ki, bir qədər əvvəl UBER-in ABŞ-dakı kiçik rəqibi “Lyft” 2030-cu ilə qədər 100% elektrikli nəqliyyat vasitələrinə keçəcəklərini açıqlayıb.