Ukrayna Asiyadan Avropaya dəmir yolu yük daşınmasında tranzit ölkə kimi çıxış etmək üçün yeni nəqliyyat dəhlizi yaradır.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə Ukraynanın “Liski" Nəqliyyat Xidmətləri Mərkəzi ölkənin Qara dənizdə bərə operatoru - “Ukferry” və dəmir yolu operatoru - FerriPlus” şirkətləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, Asiyadan gələn yüklər Qara dənizə, buradan isə gəmilərlə Şimali Avropa ölkələrinə çatdırılacaq.