Vahid Hacıyev: "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 2027-ci ilədək 40 mindən çox insanın köçürülməsi nəzərdə tutulur"

Vahid Hacıyev: "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 2027-ci ilədək 40 mindən çox insanın köçürülməsi nəzərdə tutulur" Azərbaycanın "2022-2026-cı illər Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur.
İnfrastruktur
29 Sentyabr , 2023 14:24
Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 2027-ci ilədək 40 mindən çox insanın köçürülməsi nəzərdə tutulur

Azərbaycanın "2022-2026-cı illər Böyük Qayıdış" proqramı çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl ,Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA2) deyib.

V. Hacıyevin sözlərinə görə, azad edilmiş ərazilərdə hazırda infrastruktur layihələri həyata keçirilir.

O əlavə edib ki, innovativ tikinti materiallarından istifadə olunmaqla Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji ev tikilib: "Ağıllı kənd innovativ texnologiyalar əsasında tikilib. Əhalinin kənddə yaşaması üçün əlverişli şərait yaradılıb. Tikilib istifadəyə verilən 134 evə 600-dən çox vətəndaş köçürülüb".

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.

Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Son xəbərlər

Orphus sistemi