"Heç kim Ələt Azad İqtisadi Zonasından daha cəlbedici əməkdaşlıq şərtləri təklif edə bilməz".
“Report” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin (İH) sədri Valeh Ələsgərov Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, rüsumlardan azadolma və bu kimi digər məlum üstünlüklər barədə Ələt Azad İqtisadi Zonasının təklifləri mövcuddur və bu, onların bir hissəsidir.
İH sədri Ələt Azad İqtisadi Zonasının fəaliyyəti haqqında danışıb.
Onun sözlərinə görə, gələn ilin iyul ayında bu iqtisadi zona biznesini həyata keçirmək istəyən ilk investorları qəbul edəcək.