“Volkswagen” ən iri zavodunda çip böhranına görə iş saatlarını azaldır

“Volkswagen” ən iri zavodunda çip böhranına görə iş saatlarını azaldır Avtomobil istehsalçısı “Volkswagen” yarımkeçirici çiplərin çatışmazlığına görə iş saatlarını azaldacaq.
İnfrastruktur
30 Sentyabr , 2021 09:38
“Volkswagen” ən iri zavodunda çip böhranına görə iş saatlarını azaldır

Avtomobil istehsalçısı “Volkswagen” yarımkeçirici çiplərin çatışmazlığına görə iş saatlarını azaldacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, iş gününün azaldılması şirkətin Almaniyanın Volzburq şəhərində yerləşən ən iri zavoduna aiddir və oktyabr ayının ilk iki həftəsini əhatə edəcək.

Alman istehsalçı daha əvvəl həmin zavodda eyni səbəbdən iş növbələrinin sayını müvəqqəti olaraq azaldıb. “Volkswagen” qlobal çip böhranının avtomobil tədarükünü milyonlarla ədəd azaltdığını deyib.

Son xəbərlər

Orphus sistemi