“2020-ci ildə Bakıda sərnişindaşıma ilə məşğul olan 478 avtobus nağdsız ödənişə keçib”.
"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
“Hazırda paytaxtda 1107 avtobusda nağdsız ödəniş etmək mümkündür. Gündəlik 600 minə yaxın yaxın sərnişin nağdsız ödəniş sistemindən istifadə edir”, - o deyib.