"Ötən 8 ay ərzində yol hərəkəti təhlükəsizliyinin artırılması çərçivəsində paytaxtın küçə və prospektlərində 3 200-ə yaxın yol nişanı quraşdırılıb".
“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli "Twitter"dəki hesabında qeyd edib.
Onun sözlərinə görə, bu müddətdə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin olunub: “Yol nişanı üzrə illik hədəfin 57 %-i icra edilib”.